Slovakiya ABŞ-dan 3 milyard dollarlıq silah sifariş verib

Pentaqon Slovakiyaya F-16 çoxhədəfli qırıcıları, eləcə də aviasiya raketləri və bombaları satmaq niyyətində olduğunu ABŞKonqresinə çatdırıb.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, satılması planlaşdırılan silahların ümumi dəyəri 2,91 milyard dollardır.

Slovakiya ABŞ-dan 14 ədəd F-16 qırıcı təyyarə, onlara əlavə 16 əlavə mühərrik, AIM-9X-2 Sidewinder özü tuşlayan infraqırımızı başlığı olan “hava-hava” tipli 142 ədəd idarə edilən raket, 400 ədəd MK-82 aviabombaları, eləcə də radarlar, radioelektron boğucu sistemlər, rabitə sistemləri və asılan tuşlama-naviqasiya sistemləti, zəruri ehtiyat hissələri və avadanlığı, logistic dəstək sifariş verib.

DİGƏR XƏBƏRLƏR

Top