Ofsayda düşməklə rekorda imza atan FUTBOLÇU

“Trabzonspor”un hücumçusu Burak Yılmaz qeyri-adi rekorda imza atıb. 33 yaşlı futbolçu çox sayda ofsayda düşməklə fərqlənib. Cari mövsümdə 49 dəfə laynsmanların “radar”ına yaxalanan forvard bu göstəricidə Superliqanın 16 klubunu qabaqlayıb. O, həm də “böyük beşlik” ölkələrinin təmsilçilərindən daha çox oyundankənar vəziyyətə düşüb. Bu komandalardan “Sampdoriya” 48 ofsaydla sözügedən statistikada ikincidi. “Volfsburq” və “Kristal Pelas”ın 47, “Hannover”lə “Levante”nin isə 46 dəfə hücumu yarımçıq qalıb. Qeyd edək ki, Burak Yılmaz bu mövsüm 20 qolla bombardirlər siyahısının 2-ci pilləsində qərarlaşıb.Apasport

DİGƏR XƏBƏRLƏR

Top