Qoyunların sayı ən çox Naxçıvan və Bakıda artıb

Yola saldığımız 2017-ci ildə Azərbaycanda qoyun və keçilərin sayı 1,7% və ya 149 min 161 ədəd azalaraq 8 milyon 465,6 min başa düşüb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, qoyun və keçilərin sayı Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla digər iqtisadi rayonlarda azalıb. Son bir il ərzində Bakı şəhərində qoyun və keçilərin sayı 3,2% və ya 604 baş artaraq 19 min 476 başa, Naxçıvanda isə 1,4% və ya 9 min 508 baş artaraq 681 min 522 başa çatıb.

Qeyd edək ki, qoyun və keçilərin sayı Abşeron iqtisadi rayonunda 3,1%, Gəncə-Qazax iqtisadi rayonunda 1,4%, Şəki-Zaqatala iqtisadi rayonunda 0,6%, Lənkəran iqtisadi rayonunda 3,7%, Quba-Xaçmaz iqtisadi rayonunda 1,8%, Yuxarı Qarabağ iqtisadi rayonunda 1,5%, Kəlbəcər-Laçın iqtisadi rayonunda 2,5%, Dağlıq Şirvan iqtisadi rayonunda isə 11% azalıb. Aran iqtisadi rayonunda isə qoyun və keçilərin sayı dəyişməz qalıb.

Məlumat üçün onu da bildirək ki, qoyun və keçilərin sayı ötən il ərzində ən çox Şəki, Ordubad və Füzuli rayonlarında artıb. Belə ki, bu rayonlarda qoyun və keçilərin sayı müvafiq olaraq 4,8%, 3,3% və 3,2% artıb. Ən böyük azalıma isə Sumqayıt və Gəncə şəhərlərində, həmçinin Şamaxı rayonunda qeydə alınıb. Sumqayıtda qoyun və keçilərin sayı 19,7%, Şamaxıda 28,6%, Gəncədə isə 24,9% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top