Rusiya yeni qorxulu silahını sınaqdan keçirdi - VİDEO

Rusiya yeni modernləşdirilmiş raket əleyhinə sistemin sınağını həyata keçirib

Rusiya Qazaxıstanın Sarı-Şaqan poliqonunda yeni modernləşdirilmiş raket əleyhinəmüdafiə sisteminin sınağını həyata keçirib.

Bu barədə Rusiya Müdafiə nazirliyi məlumat yayıb.

Sınaqlar aprelin 1-də həyata keçirilib. Yeni sistemin adı “53T6M” raket əleyhinə müdafiə kompleksidir.

“Raket əleyhinə müdafiə kompleksinin yeni modernləşdirilmiş raketi verilmiş şərti hədəfi vaxtında məhv edərək uğurla sınaqdan keçib” – deyə Rusiya Silahlı Qüvvələrinin Hava Hücumu Müdafiəsi komandanının müavini general-mayor Andre Prixodko bildirib.

Bu sistemin Moskvanın hava hücumundan müdafiəsi üçün istifadə olunacağı bildirilir.

Sınağın görüntülərini təqdim edirik. Modern.az

video

DİGƏR XƏBƏRLƏR

Top