Yol polisi toy karvanındakı maşınları cərimələdi: Bəy-gəlin toya gecikdi - FOTOLAR

Azərbaycanda gəlin gətirərkən yol hərəkəti qaydalarını pozan, digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törədən avtomobil sahiblərinə dəfələrlə xəbərdarlıq edib. Ancaq buna baxmayaraq, qaydaları pozanlar yenə də kifayət qədərdir. Yeniavaz.com xəbər verir ki, eyni problem təkcə Azər baycanda deyil, Türkiyədə də yaşanır.

Belə ki, İstanbulda gəlin gətirən toy karvanını yol polisi saxlayaraq hamısını cərimələyib. Türkiyə KİV-nin məlumatına görə, yol polisi toy karvanında yavaş sürətlə hərəkət etmələri və digər avtomobillərə təhlükə yaratmaları ilə əlaqədar həmin maşınların sürücülərinə 108 lirə cərimə yazıb. Həmin avtomobillərə cərimə yazılması prosesi təxminən 1 saat davam edib və bu səbəbdən bəy və gəlin toy məclisinə gecikiblər.

Bəy Oğuzhan Şahin baş verənlərlə bağlı bunları deyib: “Nə olduğunu anlamadıq. Polis “1 ton” cəza yazıb. Biz heç bir şey etmədik, qaydaları pozmadıq. Elə bildik 1 aprellə bağlı bizə zarafat edirlər. Sən demə, zarafat deyilmiş”.

Gəlin Selin Demir isə: “Mənim üçün gözlənilməz bir şey oldu, heç vaxt unutmayacağam”,-deyib.

Baş verənlərdən sonra şadlıq evinə gələn bəy və gəlinə dəstək olmaq istəyən qonaqlar onları alqışlarla qarlışayıblar.

DİGƏR XƏBƏRLƏR

Top