Aİ-nin Türkiyə üzrə məruzəçisi: Türkiyənin Aİ üzvlüyü illüziyadır

Avropa Parlamentinin (AP) Türkiyə üzrə məruzəçisi Kati Piri insan haqları və söz azadlığı məsələlərində yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında danışıqların niyə dayandırılmadığını başa düşmədiyini deyib.

Yeniavaz.com-un BBC-yə istinadən verdiyi məlumata görə, Hollandiyadan deputat seçilmiş K. Piri bu barədə Türkiyə və Aİ arasında keçirilən Varna sammitini şərh edərkən deyib.

O, “Belə şəraitdə hələ də Türkiyənin Aİ-yə üzv olmaq seçiminin olduğu illüziyasını hələ nə qədər davam etdirəcəyik” sualı ilə çıxış edib: “Buna rəğmən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Aİ-yə üzvlük xəyalı qurur, Aİ Komissiyası isə Türkiyə ilə əlaqələri dayandırmayaraq bu xəyalı qüvvədə saxlayır.Türkiyədə mənim 10 əməkdaşım həbsdədir. Dünyadakı jurnalistlərin ən çox həbsdə olduğu 6-cı ölkə Türkiyədir. Dövlət çevrilişinə cəhddən sonra 150 min nəfər işdən qovulub, 50 min nəfər tutulub. 2 həftə əvvəl sonuncü müstəqil media qrupu Ərdoğanın dostu tərəfindən satın alındı”.

DİGƏR XƏBƏRLƏR

Top