Tibbi sığortada tərəflərin məsuliyyətində dəyişiklik edilib

"Tibbi sığorta haqqında" qanunda dəyişikliklərbu gün parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib.

Dəyişikliyə əsasən mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, hazırkı mövcud qanunvericiliyə əsasən isə bu kimi hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə sanksiya tətbiq edilir. Report

DİGƏR XƏBƏRLƏR

Top