Ana ölümünə görə xəstəxananın şöbə müdiri tutulub - ŞƏKİDƏ

Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən şəxs tutulub.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumat verildiyi kimi, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Türkan İlham qızı Məmmədovanın martın 28-də Şəki Regional Perinatal Mərkəzində qeysəriyə əməliyyatından sonra martın 31-də həmin mərkəzdə vəfat etməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib.

Cinayət işi üzrə mərkəzin direktor vəzifəsini icra edən, eyni zamanda mərkəzin Hamiləliyin patologiyası şöbəsinin müdiri Saniyə Hüseynovna Məmmədova şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq. Report

DİGƏR XƏBƏRLƏR

Top