KİV: Rusiya silah almaq üçün Ermənistana faizsiz kredit verəcək

Rəsmi Moskva Rusiyadan növbəti partiya silahlar alması üçün Ermənistana üçüncü dəfə kredit verməyi planlaşdırır. Bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti mənbəyə istinadən xəbər yayıb. Bildirilir ki, bu dəfə kredit əvvəlkilərdən fərqli olaraq faizsiz veriləcək. “Kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsi nəzərdə tutulur”, - deyə qəzet yazır. APA

DİGƏR XƏBƏRLƏR

Top