Koreya Prezidenti üsyanın yatırılmasına gözə üzr istədi

Koreya Respublikasının Prezidenti Mun Çje İn 1948-ci ildə cənubi Çedjudo adasında baş vermiş xalq üsyanının qanlı şəkildə basıdırılmasına görə üzr istəyib. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, o bunu tarixə “3 aprel insidenti” kimi düşmüş üsyanın başlamasının 70-ci ildömümü ilə bağlı keçirilən mərasimdə çıxış edərkən deyib. M. Ç. İn dövlət səviyyəsində yol verilən zorakılıq nəticəsində yaşadılan “ağrı və iztiraba” görə ölkənin lideri kimi üzr istədiyini bildirib. Prezident bu faciə qurbanlarının reabilitasiyası, şərəf və ləyaqətinin bərpa edilməsi məsələlərini tam həll etmək, faciənin baş vermə səbəblərinin araşdırılması üzrə işi davam etdirməyə söz verib. Çeçjudodakı Sülh parkında baş tutmuş mərasimdə təqribən 15 min adam iştirak edib. M. Ç. İn Cənubi Koreya tarixində mərasimdə iştirak etmiş ilk prezident olub. Xatırladaq ki, 1948-ci il aprelin 3-də ada sakinləri Koreya yarımadasının cənubunda öz hökumətin yaradılmasına qarşı çıxış ediblər. Nəticədə hökumət qoşunları tərəfindən 25-30 min adam öldürülüb ki, bu da Çedjudo əhalisinin təqribən 10 faizini təşkil edir. 2014-cü ildən bəri bu tarix üsyanın yatırılması qurbanlarının Xatirə Günü kimi qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top