Qızının xərçəngdən ölümünə dözməyən ana intihar etdi - Göyçayda

Qızının ölümündən sarsılan ana intihar edib.

Yeniavaz.com xəbər verir ki, hadisə Göyçay şəhərində baş verib. Şəhərin Natavan küçəsi 50 nömrəli mənzildə yaşayan 1991-ci il təvəllüdlü Qumral İbrahimova uzun müddət xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. Qızının vəfatına dözməyən anası, 1968-ci il təvəllüdlü Sıracova İlhamə Nadir qızı sirkə turşusu içərək özünə qəsd edib. O, yaxınları tərəfindən təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Pərviz Əliyev, Göyçay

DİGƏR XƏBƏRLƏR

Top