Messi bir aylıq oğlunu üzə çıxardı - FOTO

Argentina millisi və “Barselona”nın hücumçusu Lyonel Messi yeni doğulan oğlunun şəklini ilk dəfə paylaşıb. O, ailə üzvlərinin olduğu şəkli Instagram-dakı rəsmi səhifəsində yayımlayıb. Həmçinin bu şəkli onun model həyat yoldaşı Antonella Rakkutso da paylaşıb.

Xatırladaq ki, Lyonel Messinin üçüncü oğlu olan Siro ötən ayın 10-da doğulub. Onun digər oğulları – Tyaqo 2012, Mateo isə 2015-ci il təvəllüdlüdür. oxu.az

DİGƏR XƏBƏRLƏR

Top