Rəşad Sadıqov İsveçrəyə gedir

Aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçiriləcək. UEFA-nın mənzil-qərargahında təşkil ediləcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edəcək.

AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan adları aşağıda göstərilmiş məşqçilərdən ibarət olacaq:

Samir Abasov, Mayk Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov, Rəşad Sadıqov. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top