Cəbhədə qəhrəmancasına şəhid olan evin tək oğulları - SİYAHI

Aprel hadisələrindən 2 il ötür. Bugünlərdə hər kəs aprel şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan sevgi və rəğbət hissi ilə danışır, onları yad edirlər. Onların içərisində evin tək oğlu olanlar az deyil.

Sözün açığı, əvvəl istədik ki, ailənin tək oğlu olan aprel şəhidlərimiz barədə məlumatları təqdim edək. Ancaq araşdırma apardıqda məlum oldu ki, son illər cəbhədə şəhid olandan evin tək oğlu olanlar az deyil. Odur ki, onları digərlərindən ayırmaqdıq. Yeniavaz.com saytı son illərdə cəbhədə qəhrəmancasına şəhid olan evin tək oğlanlarının siyahısını təqdim edir.

Картинки по запросу Müşfiq Orucov

1. Zəngilan rayonundan olan, Naftalan rayonundan hərbi xidmətə çağırılan şəhid Müşfiq Orucov evin tək oğlu idi. M. Orucov ermənilərlə döyüşdə qəhrəmancasına həlak olub. Müşfiq Orucovun hərbi xidmətini başa vurmasına cəmi iki ay qalmışdı.

Картинки по запросу Cabbar Zeynalov

2. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Cabbar Zeynalov evin tək oğlu idi. 18 yaşında şəhidlik zirvəsinə çatan Zeynalov Saatlı rayonunda torpağa tapşırılıb.

Картинки по запросу Rəşad Cəfərzadə

3. Rəşad Cəfərzadə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Evin tək oğlu olan Rəşad Cəfərzadə hər iki valideynini Rəşad hələ körpə ikən itirib. Rəşadı və bacısını isə xalası və dayısı boya-başa çatdırmışdı. Əslən Ağdam rayonundandır. 21 yaşı var idi.

Картинки по запросу İskəndərov Nicat Bəhruz oğlu

4. Şəhid İskəndərov Nicat Bəhruz oğlu Tərtər rayonunda torpağa tapşırılıb. Ailənin tək oğlu idi.

Картинки по запросу Emin Elmar oğlu Əliyev

5. Zabit Emin Elmar oğlu Əliyev də evin tək oğlu idi. Cəbhənin Xocavənd rayonunun Kuropatkino istiqamətində Ermənistan silahlı qüvvələrinin snayperinin açdığı atəş nəticəsində şəhid olan 23 yaşlı leytenant Emin Elmar oğlu Əliyev Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.

Картинки по запросу Vüqar Hidayət oğlu Poladov

6. Tərtər rayonunda düşmənin hücumunu dəf edərkən şəhid olan Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Vüqar Hidayət oğlu Poladov evin tək oğlan övladı idi. Vüqar Poladov doğulduğu Yuxarı Öysüzlü kəndində dəfn olunub.

Картинки по запросу Rəvan Nurayev

7. Əsgər Rəvan Nurayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 3-ü isə Rəvan Nurayev elə doğum günündəcə doğulduğu Zaqatala rayonunun Muxax kəndində son mənzilə yola salınıb. Rəvan Nurayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi. Evin tək oğlu idi.

Картинки по запросу Sərxan Bağırov

8. Əsgər Sərxan Bağırov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Sərxan Bağırov doğulduğu Göygöl rayonunun Alməmmədli kəndində son mənzilə yola salınıb. Sərxan Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Evin tək oğlu idi.

Картинки по запросу Əlizaman İslamov

9. Əsgər Əlizaman İslamov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 6-sı isə Əlizaman İslamov doğulduğu Lənkəran şəhərinin Cil kəndində son mənzilə yola salınıb. Əlizaman İslamov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Evin tək oğlu idi.

Картинки по запросу Nurlan Qasımov

10. Əsgər Nurlan Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Nurlan Qasımov doğulduğu Şəmkir rayonunun Tatar kəndində son mənzilə yola salınıb. Göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Evin tək oğlu idi.

Картинки по запросу Sənan Axundov

11. Polkovnik-leytenant Sənan Axundov 2016-cı ilin aprel ayında cəbhədə baş verən atışmadan sonra doğulduğu Füzuli şəhərinin ətrafında yerləşən və döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən işğaldan azad olunan Lələ təpə strateji nöqtəsində olan zaman minaya düşüb və şəhid olub. Ailənin yeganə oğul övladı olan Sənan Axundov 1979-cu il təvəllüdlü idi.

Картинки по запросу Mahir Mirzəyev

12. Əsgər Mahir Mirzəyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Mahir Mirzəyev doğulduğu Bakı şəhərinin Sabunçu rayonunda son mənzilə yola salınıb. Mahir Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. Evin tək oğul övladı olan Mahir Mirzəyev 1994-cü il təvəllüdlü idi.

Картинки по запросу Rəşid Rövşən oğlu Mehdiyev

13. Aprel döyüşlərimizdə qəhrəmancasına Şəhid olan hərbçilərimizdən biri də Silahlı Qüvvələrimizin zabiti, baş-leytenant Rəşid Rövşən oğlu Mehdiyevdir. Tağım komandiri Rəşid Mehdiyev aprelin 4-də Şəhid olub. Aprelin 5-də isə doğulduğu Salyan rayon Xələc kəndində böyük izdihamla dəfn edilib. Ailənin yeganə oğul övladı idi.

Картинки по запросу Nurlan Abdullazadə

14. Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salınıb. Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Картинки по запросу Fərid Əhmədov

15. Fərid Əhmədov Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Gülağa oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Fərid evin tək oğlu idi.

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top