Rusiya Xəzər donanmasını köçürür


Rusiya Xəzər donanmasını Həştərxandan Dağıstanın Kaspiysk limanına daşıyacaq. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. S. Şoyqu qeyd edib ki, hazırda Kaspiyskdə böyük tikinti işləri aparılır: “Bura pirslər, yanalma körpülər, xidmət məntəqələri, mənzil daxildir. Zabit və hərbçilərimizin sayı dəfələrlə artacaq. Donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin ciddi tərkib hissəsidir”.

DİGƏR XƏBƏRLƏR

Top