Zəhərin Skripal üçün necə çatdırılması müəyyənləşib


Böyük Britaniya polisi Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliya Skripalın zəhərlənməsi işi üzrə Yuliyanın rəfiqəsini dindirib. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, istintaq güman edir ki, “Noviçok” zəhərləyici maddə qarabaşaq sıyığında olub. Həmin qarabaşağı isə Skripal və qızının xahişi ilə Rusiyadan qadın gətirib. Belə ki, S. Skripal qızına Rusiyadan qarabaşaq, dəfnə yarpaqları və ədviyyat gətirməyi xahiş edib. Lakin o bunu unutduğuna görə digər reyslə Britaniyaya uçan rəfiqəsindən hədiyyələri gətirməyi xahiş edib. Y. Skripalın rəfiqəsi Rusiyada böyük tibbi şirkətdə işləyir. Onun adı dəqiqləşdirilmir.

DİGƏR XƏBƏRLƏR

Top