Saakaşvili Zelenskinin xeyrinə seçkilərdən imtina etdi


Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili bəyan edib ki, onun “Yeni güclər hərəkatı” partiyası iyulun 21-də Ukrayna Ali Radasına keçiriləcək növbədənkənar seçkilərdə iştirak etməyəcək.


Siyasətçi bu barədə Feysbuk səhifəsində yazıb.

Saakaşvili tərəfdaşlarını seçkilərdə Ukrayna prezidenti Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyasına səs verməyə səsləyib.

Saakaşvili qeyd edib ki, onun bu qərarı qızğın müzakirə ilə qarşılansa da, o atdığı addımı düzgün hesab edir. (Qafqazinfo)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top