seki-xan-sarayinda-xesaret-alanlardan-biri-vefat-edib

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

azerbaycanda-xeyriyyeciler-hec-vaxt-asfalti-olmayan-kende-yol-cekdirdiler-video

Azərbaycanda xeyriyyəçilər heç vaxt asfaltı olmayan kəndə yol çəkdirdilər - VİDEO

megafon-azerbaycan-xalqindan-uzr-istedi

"Megafon" Azərbaycan xalqından ÜZR İSTƏDİ

çərşənbə axşamı, 16 iyul 2019
AZ RU EN TR

CƏMİYYƏT

Bakı metrosunda qadın qızını vaqonda unudub

12.07.2019 20:34 Oxundu 313

“Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında qatardan düşən qadın 11 yaşlı qızını vaqonda unudub.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, hadisə bu gün saat 18:40 radələrində baş verib.

Belə ki, özünü uşağın anası və xalası kimi təqdim edən iki qadın stansiya növbətçisinə yaxınlaşaraq övladlarını "Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən qatarda unutduqlarını bildiribər. Növbətçi isə aidiyyəti üzrə dispetçeri məlumatlandırıb.

Bir qədər sonra isə növbətçiyə yaxınlaşan valideyn deyib ki, uşaqla bağlı narahatlığa ehtiyac yoxdur və övladı qatarda digər xalası ilə qalıb. Hadisənin təfərrüatı ilə bağlı danışan ana bildirib ki, qatar stansiyaya yaxınlaşan zaman onun mobil telefonuna zəng gəlib. Başı telefonla danışmağa qarışan qadın uşağın vaqonda qaldığından xəbər tutmayıb.

Faktı təsdiq edən “Bakı Metropoliteni”nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, qadının vaqonda qalmış uşağı xalası ilə növbəti stansiyada - “Gənclik”də düşüb: "Bir qədər sonra onlar görüşüblər. Uşaq xalasının yanında olduğu üçün hadisə itmə kimi qeydiyyata alınmayıb".