azerbaycanda-qadin-erinin-xilasi-ucun-ondan-polise-sikayet-etdi-teferruat

Azərbaycanda qadın ərinin xilası üçün ondan polisə şikayət etdi - TƏFƏRRÜAT

sirvanda-toyda-zeherlenen-sexslerin-sayi-19-a-catib-yenilenib-video

Şirvanda toyda zəhərlənən şəxslərin sayı 19-a çatıb - YENİLƏNİB - VİDEO

ermeni-lobbisi-azerbaycanla-avstraliya-munasibetlerinden-narahatdir-xin

"Erməni lobbisi Azərbaycanla Avstraliya münasibətlərindən narahatdır" - XİN

şənbə, 20 iyul 2019
AZ RU EN TR

DÜNYA

"Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu" - Ali Sunal

12.07.2019 09:11 Oxundu 3663


“Bu yaxınlarda dedilər ki, Azərbaycan televiziya kanallarında yayımlanan bütün türk filmləri dublyaj olunur. Yalnız atamın səsinin üzərinə dublyaj etmirlər. Demək ki, atam xalqınıza o qədər doğma, yaxındır ki, onun səsini orijinaldan, özündən dinləmək istəyirsiniz. Bu, yaxşı mənada, mənim qəlbimə çox toxundu”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Publika.az-a müsahibəsində Kamal Sunalın oğlu Ali Sunal deyib.

O, azərbaycanlı həyat yoldaşı Nazlı Qurbanzadədən də söz açıb:

“Həyat yoldaşım İran azərisidir. Azərbaycanlı qardaşlarımız sahibləndi, biz də sevindik. Demək istəyirəm ki, biz doğulduğumuz ərazini seçmirik. Önəmli olan bir-birimizə duyduğumuz istilik, doğmalıqdır. Azərbaycan xalqı da məni və ailəmi bu doğmalığa layiq gördüsə, nə mutlu mənə…”