Avtoyuyucu müştərinin maşınını icazəsiz sürdü - Qəza törədib öldü


Bakıda yol qəzası baş verib.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, "Bakmil" metro stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, avtoyuma məntəqəsinin işçisi "Honda CRV" minik avtomobilini yuduqdan sonra sahibindən icazəsiz şəhərdə idarə etməyə cəhd göstərib. Lakin idarəetməni itirərərək yol kənarındakı ağaca çırpıb və hadisə yerində ölüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top