sevdiyi-qiza-gore-ozunu-asdi-xacmazdaki-intiharin-teferruati

Sevdiyi qıza görə özünü asdı - Xaçmazdakı intiharın TƏFƏRRÜATI

serxos-agsaqqal-surucu-icib-tank-surmurem-ki-video

Sərxoş ağsaqqal sürücü: "İçib tank sürmürəm ki" - VİDEO

bakida-reyd-yarim-milyonluq-masinin-serxos-surucusu-kimdir-fotolar

Bakıda REYD - Yarım milyonluq maşının sərxoş sürücüsü kimdir? - FOTOLAR

şənbə, 20 iyul 2019
AZ RU EN TR

İDMAN

“Səbail” avrokubokda debüt matçında məğlub olub

11.07.2019 22:31 Oxundu 203

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları davam edir.

Topaz Premyer Liqasının bürünc mükafatçısı “Səbail” avrokuboklarda debüt matçına evdə çıxıb.

Bakı klubu Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gəlib. Aftandil Hacıyevin yetirmələri güclü rəqibi ilə bacarmayıb. 

Oyun qonaqların üstünlüyü ilə start götürüb. Bu səbəbdən ilk qol da Krayova təmsilçisindən gəlib. Matçın 13-cü dəqiqəsində Aleksandru Mateyu stadiona toplaşan azarkeşləri məyus edib. Ardınca Ağabala Ramazanov komandamızı ümidləndirib - 1:1. 

Lakin ikinci hissə "Səbail" üçün uğursuz alınıb. Paytaxt klubu Nikuşor Banku və Mixay Romanın qollarına mane ola bilməyib - 1:3. Görüşdə son nöqtəni isə Ağabala Ramazanov qoyub. O, özünün və komandamızın ikinci qolunu vursa da, meydanı “Universitatya Krayova” qələbə ilə tərk edib - 3:2.

Bununla da, "Səbail" işini çətinə salıb. Komandalar cavab oyununu iyulun 18-də keçirəcəklər.

Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
11 iyul
20:00. “Səbail” (Azərbaycan) – “Universitatya Krayova” (Rumıniya) - 2:3
Qollar: 
Mateyu, 13, Banku, 51, Roman, 67 - Ramazanov, 33, 82

Baş hakim: Fyodor Zammit (Malta)
“Səbail: 12. Daniel Bojinovski. 6. Maykl Essyen, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Duventru Dilan
Baş məşqçi: Aftandil Hacıyev
“Universitatya Krayova”: 13. Mirko Pilyatselli, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 7. Mixay Roman, 8. Aleksandru Mateyu, 11. Nikuşor Banku, 14. Kamer Qaka, 21. Antoni İvanov, 22. Kristian Barbux, 26. Stefan Akka, 27. İvan Martiç,
Ehtiyat oyunçular: 1. Laurentsiu Popesku, 2. Tyaqo Ferreyra, 4. Florin Borta, 9. Karlos Fortes, 17. Ştefan Bayaram, 23. Vasile Konstantin, 31. Aleksandru İonitse
Baş məşqçi: Korneliu Papure
Bakı. “ASCO Arena”

APA