Birinci vitse-prezident Xalq artisti ilə bağlı tapşırıq verdi


Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Fondun Prezidenti Mehriban Əliyeva tapşırıq verib.

Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.

Qeyd edək ki, 73 yaşlı Y.Rzazadə səhhətində yaranan problemlərlə əlaqədar Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilmişdi. O, bu gün xəstəxanadan evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top