Ermənistan işıqsız qaldı: Erməni kəşfiyyatı günahkarları axtarır - VİDEO


Ermənistanda hökumətin iclasında dünən İrəvan və Razdan istilik elektrik stansiyalarında baş verən qəzalar müzakirə edilib.
Yeniavaz.com xəbər verir ki, dünən paytaxt İrəvan başda olmaqla ölkənin əksər bölgəsində elektrik enerjisinin verilməsində fasilələr olub. Səbəb kimi ölkənin iki əsas istilik elektrik stansiyasında baş verən qəzalar göstərilib.
Hökumətin iclasında çıxış edən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan bildirib ki, məsələ ilə bağlı araşdırma aparırıq: "Baş verən qəzaların səbəbini bilmirik. Hadisədə günahkarların olub-olmadığı araşdırılacaq və ətraflı məlumat veriləcək".
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, təxminən saat 20:00 radələrində ölkənin enerji sisteminin işi bərpa olunub. Paşinyan etdikləri kömək üçün Gürcüstan və İran rəhbərliyinə təşəkkür edib: "Onlar operativ dəstək göstərdilər".
Paşinyan onu da bildirib ki, baş verən hadisə daxili səbəblərdən olmayıb. Baş nazir qeyd edib ki, baş verən hadisənin səbəbi kənarda axtarılmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top