Avropada və regionda ən bahalı sürət qatarı Azərbaycandadır - Müqayisəli CƏDVƏL


Məlum olduğu kimi, bu ilin əvvəlindən başlayaraq "Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarını istifadəyə verib. Bakıdan Gəncəyə kimi olan 364 km-lik məsafəni sürət qatarı 4 saat 30 dəqiqəyə qət etir. Bu isə o deməkdir ki, Bakı-Gəncə sürət qatarının orta sürəti saatda 81 km-ə bərabərdi. Qatarda standart sərnişin üçün biletin qiyməti 15 manat olsa da, birinci sinif sərnişinlər üçün 100 manat (59 dollar) təşkil edir.
Yeniavaz.com apardığı araşdırma göstərir ki, sürət qatarlarında birinci sinif sərnişinlər üçün nəzərdə tutulan biletlərin bahalığına görə Azərbaycan Avropa ölkələri arasında ilk sırada, sürətinə görə isə son sıralarda yer alır.
Müqayisə üçün Avropanın aparıcı dövlətlərindəki (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniya), həmçinin region ölkələrindəki (Türkiyə, Rusiya və Gürcüstan) qiymətlərə və sürət həddinə nəzər salmaq olar. 
Məsələn, Böyük Britaniyanın paytaxtı Londandan ölkənin digər bir şəhərinə Mançestra kimi olan məsafə təxminən Bakıdan Gəncəyə kimi olan məsafə qədərdir. London və Mançestr şəhərləri arasındakı məsafə 367 km-ə, Bakı və Gəncə şəhərləri arasındakı məsafəsi isə 364 km-ə bərabərdir. Lakin, London-Mançestr sürət qatarı saatda 184 km sürətlə hərəkət etdiyi halda, Bakı-Gəncə sürət qatarı saatda cəmi 81 km sürətlə hərəkət edir. Birinci sinif sərnişinlər üçün 1 km-ə düşən gediş haqqı isə London-Mançestr qatarında 11 sent olduğu halda, Bakı-Gəncə sürət qatarında bundan 45% baha - 16 sent təşkil edir.
Aşağıdakı cədvəldə Avropa ölkələrində sürət qatarlarının əsas hərəkət istiqamətləri, şəhərlər arasındakı məsafə, biletlərin qiyməti yer alıb. Rəqəmlərdən də göründüyü kimi, ən yüksək gediş haqqı Bakı-Gəncə sürət qatarında qeydə alınıb. Qatarın sürətinə gəldikdə isə Tbilisi - Batumi sürət qatarından sonra ən aşağı sürət də Bakı-Gəncə qatarında müşahidə olunub.

DİGƏR XƏBƏRLƏR

Top