ABŞ-ı yox edə biləcək raket 2020-ci ildə hazır olacaq


Rusiyanın yeni qitələrarası ballistik raketi “RS-28 Sarmat” 2020-ci ildə hazır olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyindən məlumat verilib.
Agentliyin prezidenti Dmitri Roqozin ötən gün jurnalistlərə verdiyi müsahibədə, Sarmat raketlərin son mərhələsinin 2020-ci ilin sonlarında başa çatacağını bildirib.
Qeyd edək ki, bu ilin fevral ayında hərbi ekspert Aleksey Leonkov həftəlik "Zvezda" jurnalına 10 ədəd “RS-28 Sarmat” qitələrarası ballistik raketlərin ABŞ-ın bütün əhalisini məhv edə biləcək gücə sahib olduğunu qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top