Ərdoğandan S-400 açıqlaması


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan S-400-lərin Türkiyəyə necə gətiriləcəyini açıqlayıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu açıqlamanı Bosniya və Herseqovinaya səfəri zamanı təşkil etdiyi mətbuat konfransında verib.

O bildirib ki, Balkan yarmadasında olan stabil vəziyyətin Türkiyə üçün çox vacibdir: “S-400-ləri ölkəmizə gətirmək üçün bütün hazırlıqlar və yükləmə işləri davam edir. Müdafiə Nazirliyi raket komplekslərinin hansı mövqelərə yerləşdiriləcəyini planlayır. S-400-lər Türkiyəyə təyyarələrlə gətiriləcək. Ölkəmiz, bölgəmiz və xüsusilə dünyamız üçün xeyirli olsun”.

DİGƏR XƏBƏRLƏR

Top