Hindistanda avtobus kanala aşdı - 30 ölü, 16 yaralı


Hindistanda avtobusun kanala aşması nəticəsində 30 nəfər həlak olub.
Yeniavaz.com “RİA novosti”yə istinadən xəbər verir ki, hadisə Hindistanın şimalındakı Aqra şəhərində baş verib. İlkin məlumatlara görə, 27 nəfərin cəsədi aşkar edilib və 16 nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Axtarış-xilasetmə işləri davam etdirilir.
 
 

DİGƏR XƏBƏRLƏR

Top