Həbsxanada 13 məhbus çörəkdən zəhərlənərək ölüb


Tacikistanda 13 məhbus çörəkdən zəhərlənərək ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Məlumata görə, zəhərlənmə dustaqların köçürülməsi zamanı baş verib. Belə ki, məhbuslardan biri çörəyi 16 nəfər arasında bölüşdürərək yeyib. Bir müddətdən sonra  onların hamısında baş gicəllənmə və ürək bulanma halları baş verib.
Həkimlərin cəhdinə baxmayaraq xəstəxanaya çatdırılan 16 məhbusdan üçünün həyatını xilas etmək mümkün olub.
Məlumata görə, 13 məhbusun zəhərlənməsi ilə bağlı cinayət işi açılıb.

DİGƏR XƏBƏRLƏR

Top