Bakıda məşhur gül mağazası yandı


Bakının Nizami rayonu ərazisində, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül mağazasında yanğın başlayıb. Yeniavaz.com report-a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları, 20-dək canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb. İlkin ehtimala görə, yanğın qısaqapanma nəticəsində baş verib. Hazırda mağazada baş verən tüstülənmənin qarşısı alınır.

DİGƏR XƏBƏRLƏR

Top