Qardaşının 40 yaşlı xanımını öldürdü, daha sonra intihar etdi - ABŞERONDA


Abşeron rayonunda qətl hadisəsi baş verib.

Hadisə Qaqarin küçəsi, bina 1 ünvanında baş verib.

Belə ki, 1979-cu il təvəllüdlü Aygünəş Kazımova yaşadığı mənzildə qayını 1963-cü il təvəllüdlü Allahverdiyev Fərhad Mürsəl oğlu ilə mübahisə edib. Daha sonra qayını onun boğazını bıçaqla kəsib.
Hadisə nəticəsində A.Kazımova ölüb. F.Allahverdiyev A.Kazımovanı qətlə yetirdikdən sonra elə həmin bıçaqla özünə də ağır xəsarətlər yetirib. Xəstəxanaya aparılan F.Allahverdiyev orada dünyasını dəyişib.

Faktın təfərrüatlarını Abşeron rayon Prokurorluğu araşdırır.//APA

DİGƏR XƏBƏRLƏR

Top