İkinci Mahmud dəfn olunub


Ötən gün dünyasını dəyişən gənc yazıçı İkinci Mahmud (Mahmud Ağakişiyev) dəfn olunub.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, onun cənazəsi doğulduğu Ağstafa rayonunun Muğanlı kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində yazıçılar, mərhumun dostları, ailə üzvləri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, İkinci Mahmud iyulun 6-da səhər saatlarında Bakıda yaşadığı evdə ürəktutmasından vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top