1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri: "Ölkəmizdə 19 ildir ki, bu ixtisas üzrə ixtisaslı kadr hazırlanmır"


"Azərbaycanda toksikoloq ixtisası 2000-ci ildən ləğv olunduğundan, bəzi yerlərdə bu işi anestezioloq-reanimotoloqlar yerinə yetirir". Yeniavaz.com xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında toksikoloq ştatının ləğv olunmasına münasibət bildirən 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov söyləyib. O qeyd edib ki, ölkəmizdə 19 ildir ki, bu ixtisas üzrə ixtisaslı kadr hazırlanmır. A. Maqsudovun sözlərinə görə, həkimlər bir aylıq kurs keçməklə xəstəyə yardım edə bilirlər. Onun sözlərinə görə, anestezioloqlar da bu sahə üzrə xəstəyə yardım göstərə bilirlər: "Onların ixtisası toksikologiyaya yaxın olduğundan, lazım olduqda bu həkimlər xəstəyə yardım edir". A. Maqsudov bildirib ki, rayonlarda da ehtiyac yarananda anestezioloqlar xəstəyə yardım edir.

DİGƏR XƏBƏRLƏR

Top