Trampın həyat yoldaşına heykəl qoyuldu - bəyənilmədi - FOTO


Sloveniyada ABŞ prezidenti Donald Trampın həyat yoldaşının taxta heykəli təqdim olunub. Heykəl birinci xanımın doğulduğu şəhərin yaxınlığında Sava çayının sahilində quraşdırılıb.

Melaniya Tramp heykəldə inaqurasiya zamanı olduğu geyimdə təsvir olunub. Heykəl “məsum incəsənət janrı”nda yaradılsa da, onun üz və bədən quruluşunda kobudluq hiss olunur.

Деревянная скульптура в натуральную величину первой леди США Мелании Трамп официально представлена в Рожно, недалеко от ее родного города Севница, Словения

Sosial şəbəkələrdə birmənalı qarşılanmayan sənət əsəri müxtəlif fikirlərə səbəb olub. Şəbəkə istifadəçiləri heykəli Amerika liderinin həyat yoldaşına deyil, "The Smurfs" cizgi filminin qəhrəmanına oxşadaraq onu çirkin, biabırçı və qorxunc adlandırıblar.

Qeyd edək ki, amerikalı rəssam Bred Daun heykəllə bağlı açıqlamasında təkcə ideyanın ona məxsus olduğunu, işin icrasının isə başqa şəxs tərəfindən aparıldığını bildirib.//sputnik.az


DİGƏR XƏBƏRLƏR

Top