Bakıda Küveyt vətəndaşı həkimə müraciət etdi- İLGİNC SƏBƏB


Ötən gün Bakıya istirahətə gələn Küveyt vətəndaşı xəstəxanaya müraciət edib. Onun müraciətinin səbəbi maraqlıdır...

Iyulun 5-də gecə saat 3 radələrində Küveyt vətəndaşı 1999-cu il təvəllüdlü Ali Obeyd 1 saylı Kıiniki Tibbi Mərkəzə müraciət edib.

O həkimlərə bildirib ki, piyada hərəkət edərkən tanımadığı qadınla toqquşub.

Müayinədən keçmək istəyən Ali Obeydin bu istəyi geri çevrilməyib. O, müayinədən keçirilib və səhhətində heç bir problem olmadığı müəyyən edilib.

Həmçinin həkimlər ondan toqquşmadan sonra nədən şübhələndiyini, necə bir xəsarət aldığını düşündüyünü də soruşublar. Obeyd isə bu suallara cavab verməyib və sadəcə toqquşduğunu deyib.

Küveyt vətəndaşı müayinə olunduqdan sonra xəstəxananı tərk edib.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top