Nazirlik: Azərbaycanda internetin işində problem qeydə alınmayıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda internetin işində problemin yaranması barədə bəzi xəbər saytlarında dərc olunmuş məlumatlara aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, ölkədə internetin fasilələrlə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur.

Müvafiq xəbər saytlarına belə hallara qarşı daha diqqətlə yanaşmaq tövsiyə olunur.(APA)

DİGƏR XƏBƏRLƏR

Top