Qubada 18 yaşlı oğlanı maşın vurub öldürdü


Quba rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıhüseyli kəndi ərazisində qeydə alınıb. Əliməmmədoba kəndi sakini, 2001-ci il təvəllüdlü Babayev Murad Azad oğlunu naməlum avtomobil vurub. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir. 

DİGƏR XƏBƏRLƏR

Top