Daha bir deputat maaşının yarısını Orduya verdi


Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov Azərbaycan Ordusuna  dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fondu üçün xeyriyyə aksiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.

 Yeniavaz.com modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Eldar İbrahimov bu təşəbbüsə qoşularaq, maaşının yarısını Silahlı Qüvvələrə Yardım Fonduna köçürdüyünü bildirib. O, fonda dəstək təşəbbüsünü alqışlayıb:

“Əli Əhmədovun başlatdığı və maaşının yarısını yatırdığı “Silahlı Qüvvələrə Yardım Fonduna dəstək” aksiyasına mən də qoşuldum. Həmçinin Prezidentin imzasıyla Azərbayca Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar xatirə medalı ilə təltif olunmuşam. Buna görə də cənab Prezidentimizə öz təşəkkürlərimi bildirirəm”.

DİGƏR XƏBƏRLƏR

Top