Bakıda yataqxana binasında uçqun - VİDEO


Bakının Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, 9/8 ünvanında sökülən yataqxana binasında uçqun olub. 

Yeniavaz.com xəbər verir ki, qəza anının əks olunduğu görüntülər oxu.az-ın redaksiyasına göndərilib.

Hadisə ötən gün axşam saatlarında olub. Xəsarət alan olmayıb.

Sakinlər bildirir ki, bina sökülən zaman təhlükəsizliyə tam riayət olunmayıb:

“Bina dağıldıqdan sonra ətraf lentlənib. Bir həftədir ki, kirayə mənzillərə köçmüşük. Nərimanov rayon İcra Hakimiyyətindən bizə bildiriblər ki, 18 ay sonra yeni mənzillə təmin olunacağıq”.

İcra Hakimiyyətindən bildirilib ki, bir neçə gündür qəzalı vəziyyətdə olan bina sökülür.

 

DİGƏR XƏBƏRLƏR

Top