Bakıya qonaq gələn Rusiya vətəndaşı itkin düşdü

Bakıda Rusiya vətəndaşı itkin düşüb.

Bu barədə polisə Xətai rayonu, UPD qəsəbəsi, A.Novruzov küçəsi, ev 15-də yaşayan Hikmət Əsədzadə məlumat verib.

O bildirib ki, onlara qonaq gəlmiş xalası oğlu, Rusiya vətəndaşı, 1994-cü il təvəllüdlü Hüseynov Məhəmməd Əlövsət oğlu iyulun 3-də onunla birlikdə yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır. (trend)

DİGƏR XƏBƏRLƏR

Top