Gecə bir nəfər öz evinə od vurub - GƏNCƏDƏ

Gəncə şəhərində yanğın baş verib.

Hadisə İsmət Qayıbov küçəsi, 3-cü dalan, 5-ci evdə qeydə alınıb. Mənzilin sahibi tərəfindən yandırıldığı bildirilir.

Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub. Nəticədə üçotaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb.

Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər alovun qonşu binalara keçməsinin qarşısını alıblar.

Qeyd edək ki, bu, Ş.Hüseynovun ilk oxşar hadisəsi deyil. Sözügedən şəxs daha əvvəl də bir neçə dəfə sərxoş vəziyyətdə evdə yanğın törədib.


APA

DİGƏR XƏBƏRLƏR

Top