Rusların Liviyada da seçkilərə müdaxilə etdiyi ortaya çıxdı


Liviyada bu yaxınlarda keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə təqsirləndirilən iki Rusiya vətəndaşı həbs olunub.

“İnterfaks” agenltiyinin verdiyi məlumata görə, həbs olunanların ad və soyadları tam bəlli olmasa da, onlara, həmçinin bu şəxslərə xidmət göstərən 3 Liviya vətəndaşına rəsmi ittiham irəli sürülüb.

“Bloomberg” agentliyi isə rusiyalıların Liviyanın keçmiş lideri Muammer Qəzzafinin oğlu Seyf Əl-İslamla görüşməyə cəhd etdiyini bildirib.
Axtarış zamanı həbs olunanların üzərində tapılan avadanlıqlar onların Liviyadan başqa digər Afria ölkələrində də eyni işi, yəni seçkilərdə manipulyasiya əməliyyatlarını törətmək istədiyini aşkara çıxarıb.

Bəhs edilən iş üzrə Rusiya vətəndaşlarından üçüncüsü qaçmağa müvəffəq olub.

Rusiyanın “Proyekt” saytı saxlanılanlardan birinin siyasi texnoloq Maksim Şuqaley olduğunu xəbər edib.

Bu adam Vladimir Putinə çox yaxınlığı ilə bilinən, ictimaiyyətdə “Putinin aşpazı” olaraq tanınan, qaranlıq biznesmen Yevgeni Priqojinin kəşfiyyat strukturlarında, xüsusilə də Afrikada çalışıb. M.Şuqaleyin 2018-ci ildə Madaqaskarda keçirilən prezident seçkilərində də aktiv olduğu deyilir.

Rusiyanın “Milli dəyərlərin müdafiəsi fondu”nun rəhbəri Aleksandr Malkeviç saxlanılan şəxslərin təşkilatın əməkdaşları olduğunu təsdiqləyib.

A.Malkeviç də Yevgeni Priqojinə yaxın sosioloqdur. 2018-ci ildə ABŞ Maliyyə nazirliyi onu sanksiya tətbiq olunan Rusiya vətəndaşlarının siyahısına daxil edib.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top