"Neftçi" Avropa Liqası üçün 24 futbolçu sifariş edib


“Neftçi” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Moldovanın “Sperantsa” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Ərizədə 24 futbolçu yer alıb.

"Ağ-qaralar"ın siyahısında 3 qapıcı, 8 müdafiəçi, 11 yarımmüdafiəçi və 2 hücumçu var.

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov.
Müdafiəçilər: 3.Mamadu Mbodj, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 18.Tural Axundov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 51.Mehmet Serin, 85.Şöhrət Yusifov.
Yarımmüdafiəçilər: 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 17.Rəhman Hacıyev, 28.Stiven Jozef-Monroz, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 37.Vüsal Əsgərov, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.
Hücumçular: 9.Baqali Dabo, 19.Rauf Əliyev.

Qeyd edək ki, “Sperantsa” ilə ilk oyun iyulun 11-də “Zimbru” stadionunda, cavab matçı isə ayın 18-i “Bakcell Arena”da olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.//APA

DİGƏR XƏBƏRLƏR

Top