Sabirabadda baş vermiş yol qəzasında 6 nəfər xəsarət alıb - FOTO


Sabirabadda baş vermiş avtomobil qəzasında sürücülər və sərnişinlər xəsarət alıb.

Hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndindən keçən hissəsində qeydə alınıb.

Sabirabad sakini, 1987-ci il təvəllüdlü Vəliyev Dilqəm Oruc oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə Şirvan sakini, 1987-ci il təvəllüdlü Baxşiyev İlham Əli oğlunun idarə etdiyi "QAZ 3110" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü və avtomobillərdə olan sərnişinlər - Şirvan sakinləri, 2001-ci il təvəllüdlü Qarayev Ramal İlkin oğlu, 2005-ci il təvəllüdlü Qədirov Rəşad Emin oğlu, Qaratoğay kənd sakini, 1957-ci il təvəllüdlü, Kazımov Lazım Hüseyn oğlu və 2002-ci il təvəllüdlü Qədirov Səmid İlqar oğlu  müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Sonuncunun vəziyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top