Ev sahibi xəstə yanına gedərkən evi qarət edilib


Mingəçevirdə ev sahibi xəstə yanına gedərkən evi qarət edilib.
Şəhərin Naxçıvan küçəsi 40 ünvanında oğurluq hadisəsi baş verib. Belə ki, həmin ünvanında  birinci mərtəbədə Kamil İsmayılova məxsus 71 saylı mənzilə daxil olan oğru və ya oğrular  7 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıb. Hadisə gecə saatlarında ev sahibləri mənzildə olmadığı zaman baş verib. Eyvanın pəncərəsindən evə daxil olan şəxs və ya şəxslər mənzili qarət edib. Ev yiyələri oğurluqdan yalnız səhər saatlarında evə dönərkən xəbər tutub.
Faktla bağlı araşdırma və əməliyyat axtarış tədbirlərinə başlanıb.
Esmira Hidayətova, Mingəçevir.
 

DİGƏR XƏBƏRLƏR

Top