Tanınmış "qanuni oğru" Fransaya təhvil verilir - VİDEO


2018-ci ilin noyabra ayında Ermənistan polisi tərəfindən həbs olunan milliyyətcə yezidi kürdü olan "qanuni oğru" Merab Tbilisski (Kalaşov) Fransaya ekstradisiya olunur.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, 43 yaşlı "qanuni oğru" hazırda heç bir ölkənin vətəndaşı deyil.
Fransa hüquq-mühafizə orqanları Merab Tbilisskini çirkli pulların yuyulması və mütəşəkkil cinayətkarlıqda ittiham edərək 2015-ci ildən beynəlxalq axtarışa verib.
Merab Tbilisskini Rusiya hüquq-mühafizə orqanları tərəfindən də axtarıldığ bildirilir.

 
 
 

DİGƏR XƏBƏRLƏR

Top