Türkiyənin Hatay Reyhanlı bölgəsində partlayış olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, avtomobildə olan bombanın partladılması nəticəsində 3 nəfər ölüb.
Hadisə ilə bağlı Türkiyə prezdenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamada ölənlərin Suriya vətəndaşı olduğunu bildirib.
Hadisənin təsadüf və ya qərəzli şəkildə 5 iyul tarixində reallaşdırıldığı isə hələ ki, məlum deyil.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, 5 İyul 1938-ci ildə Türk əsgərinin Hataya girməsiylə tarixi bir hücum reallaşdırılıb və 23 İyun 1939-cu ildə Hatay Məclisinin səs çoxluğu ilə Hatay Türkiyə torpaqlarına qaytarılıb.