Almaniyada azərbaycanlı İŞİD-çinin arvadına hökm oxundu


Almaniya məhkəməsi döyüş zonasından öz ölkəsinə qayıdan İŞİD terror qruplaşmasının döyüşçüsünün həyat yoldaşına hökm oxuyub.

Məhkəmə Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edən 32 yaşlı Səbinə Z.-ni 5 il müddətinə azadlıqdan məhrum edib. 

Ştutqart Regional Yüksək Məhkəməsinin iddianaməsinə görə, Səbinə Z. İslam dinini 22 yaşında qəbul edib. O, 2013-cü ilə qədər əri və 2 uşağı ilə birlikdə Berlində yaşayıb. Daha sonra ondan ayrılaraq Suriyaya gedib. Burada Azərbaycan əsilli İŞİD üzvü ilə ailə qurub. Əri öləndən sonra 4 il Suriya və İraqda yaşayıb, daha iki uşaq dünyaya gətirib.

İstintaqla müəyyən edilib ki, Səbinə Z. sosial şəbəkələrdə İŞİD döyüşçülərinin həyatını təbliğ edib, döyüş təlimləri keçib, edamlara qatılıb. O, 2017-ci ilin sentyabrında kürd döyüşçülər tərəfindən saxlanılıb, 2018-ci ilin aprelində Almaniyaya geri qayıdıb və orada da həbs edilib. 

Səbinə Z. Məhkəmə prosesində radikallara könüllü şəkildə qoşulduğunu etiraf etsə də, terror təşkilatının üzvü olması ilə bağlı ittihamları qəbul etməyib. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top