Ayaz Mütəllibovun həyat yoldaşı dəfn olunub - FOTO - YENİLƏNİB

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova dəfn olunub.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında oğlu Azad Mütəllibovun məzarının yanında torpağa tapşırılıb.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib.

***15:58

Bakının Təzəpir məscidində Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə keçirilən vida mərasimi başa çatıb.  

Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarı yanında dəfn olunacaq.

Xatırladaq ki, Ə.Mütəllibova bugün 81 yaşında vəfat edib.

***15:47
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova ilə vida mərasimi keçirilir.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Bakıda Təzəpir məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, ictimai-siyasi xadimlər iştirak edirlər.

Xatırladaq ki, Ə.Mütəllibova bu gün 81 yaşında vəfat edib. Mərhum Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top