Türkiyə KİV-ləri: Rusiya S-400 zenit-raket kompleksini Türkiyəyə bu tarixdə göndərəcək


Rusiyanın Türkiyəyə satdığı S-400 zenit-raket kompleksi gələn həftə Türkiyəyə  gətirilə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyənin "Habertürk" qəzetində yer alıb. Xəbərdə bildirilir ki, S-400 zenit-raket kompleksinin daşınması üçün iki ədəd yük təyyarəsindən istifadə olunacaq. Zenit-raket kompleksi qurmaq üçün 9 nəfərlik heyətin bazar günü Türkiyəyə gələcəyi gözlənilir.
Verilən məlumatda o da bildirilir ki, S-400 zenit-raket kompleksi hissə-hissə Türkiyəyə gətiriləcək.
Məlumat üçün qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi alması bu ölkənin ABŞ-la olan münasibətlərində gətginlik yaratmışdı. Hətta bir qədər əvvəl ABŞ Rusiya istehsalı olan S-400 zenit-raket kompleksindən imtina etməsi üçün Türkiyəyə iki həftə vaxt vermişdi. Əks halda ABŞ Türkiyəyə  beşinci nəsil F-35 qırıcılarını satmayacağını bəyan etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top