Azərbaycanda qız evinin önündən QAÇIRILDI


Mingəçevirdə gənc qız evinin önündən qaçırılıb.

Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. Belə ki, Energetiklər yaşayış massivi ərazisində Naxçıvan küçəsi həndəvərində yerləşən həyət evlərdən birinin önündən 22 yaşlı qız qaçırılıb. Adının tam müəyyənləşmədiyi qızın zorla qaçırıldığı söylənir. Hətta ətrafdakı qonşular belə darvaza önündə baş verənləri qismən eşidə bilib. Əldə edilən digər bir məumata əsasən bu 22 yaşlı qız bir dəfə də oxşar hadisə ilə üzləşib. Güman edilir ki, onu növbəti dəfə də həmin şəxs qaçırıb.
Baş vermiş hadisə ilə bağlı ailə şəhər Polis şöbəsinə müraciət edib. Hələlik qaçırılan qızın tapılmadığı və kim tərəfindən qaçırıldığının məlum olmadığı bildirilir.
Faktla bağlı əməliyyat axtarış tədbirləri aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top